LANDŞAFTIN DİFERENSİASİYASI

vahid landşaftın bu və ya digər dərəcədə ayrılmış xarakterik və spesifik hissələrə (komponent, kompleks) ayrılması. L.d. müxtəlif təbii mühafizə tədbirləri əsasında aparılır.
LANDŞAFTIN DƏYİŞMƏSİ
LANDŞAFTIN ELEMENTLƏRİ
OBASTAN VİKİ
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).